Bizi izləyin

Müsahibə

Mikel Alvaro: "Ən önəmli faktlardan biri püşkatmadı"

"İnter"in ispaniyalı yarımmüdafiəçisi Mikel …

blank
"İnter"in ispaniyalı yarımmüdafiəçisi Mikel Alvaro klub saytına müsahibəsində istirahəti barədə danışıb, toplanışın gedişi haqqında söhbət açıb və komandanın Avropa Liqasındakı şanslarını dəyərləndirib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– Çətin mövsümü geridə qoyduq. Sonda "İnter" çempionatı ikinci pillədə başa vurdu və Avropa Liqasına vəsiqə qazandı. Mövsümü necə dəyərləndirərdiz?
– Çempionatdakı startımız kifayət qədər uğursuz alındı, bir neçə oyunda ardıcıl məğlub olduq və turnir cədvəlinin son pillələrində idik. Bunları yada salaraq deyə bilərəm ki, mövsümü uğurlu şəkildə başa vurduq. Əvvəlki uğursuzluğu qeridə qoya bildik və çempionatı ikinci yerdə bitirdik. Hətta mövsümün sonunda çempionluq şanslarımız da yaranmışdı, lakin sonda qalib gələn tərəf "Qarabağ" oldu. Bu komanda həqiqətən də gözəl mövsüm keçirdi. Onlar həqiqətən birinci yerə layiq idilər.
 
– Startda həqiqətən də çox uğursuz çıxış etdiz. Sizin fikirinizcə, bu uğursuzluq nə ilə bağlı idi?
– Uğursuz çıxışımızın bir neçə səbəbi var idi. Yayda komandaya çoxlu sayda yeni futbolçu gəlmişdi və onların uyğunlaşması üçün vaxt lazım idi. Bu uğursuzluğun ən birinci səbəbi elə bu idi. Buna baxmayaraq, komanda özündə güc tapıb bu çətin durumdan çıxış yolunu tapmağı bacardı.
 
– Ağır mövsümdən sonra komanda istirahətə yollandı. Maraqlıdı, siz istirahəti necə keçirdiz?
– İstirahətimi yaxşı keçirmişəm. Ailəmlə birgə idim, bundan başqa dostlarımla da görüşməyə imkan tapdım. İstirahət üçün cəmi iki həftəmiz var idi, bu vaxtın az olmasına baxmayaraq, yaxşı dincəldim. Mövsümün yorğunluğunu özümdən uzaqlaşdıra bildim.
 
– Yaxşı istirahətdən sonra yenidən məqşlərə başlamaq çətin olmadı?
– Yenidən məşqlərə başlamaq çətin olmadı. Komandanın sıralarında yeni perspektivli oyunçular var və hamı canla-başla çalışmaqdadı. Artıq 5 gündü ki, Türkiyədəyik və məşq prosesi öz axarıyla davam edir.
 
– Türkiyədəki təlim-məşq toplanışının gedişi barədə nə deyə bilərsiz?
– Burada gündə iki dəfə məşq edirik. Trenajor zalında işləyirik, qaçırıq və digər tapşırıqları yerinə yetiririk. Öz üzərimizdə çalışmalıyıq. İrəlidə bizi Avropa Liqası gözləyir və bu turnirin çətin oyunlarına tam şəkildə hazır olmalıyıq.
 
– Mövsümün əvvəlində siz sanki öz oyununuzu tapa bilmirdiz, lakin qış fasiləsindən sonra daha yaxşı təsir bağışladız.
– Bunun bir neçə səbəbi var. Mövsümün əvvəlində komandaya uyğunlaşma prosesi keçirdim, bundan başqa ayağımda zədə də var idi. Daha sonra immun sistemim bir qədər zəifləmişdi, lakin buna baxmayaraq artıq yanvarda Antalyada baş tutmuş təlim-məşq toplanışında özümə gəldim və mövsümün ikinci hissəsini daha gözəl şəkildə keçirdim. Çalışacağam ki, növbəti mövsümdə komandama daha böyük xeyir verim.
 
– Bir neçə il Gürcüstan Çempionatında çıxış etmisiz və daha sonra Azərbaycana gəlmisiz. Çoxları Azərbaycan Çempionatının daha yüksək səviyyəyə malik olduğunu söyləyir, siz hər iki ölkədə oynamış biri kimi bu fikirlə razılaşa bilərsiz?
– Gürcüstan Çempionatında iki mövsüm forma geyindim və bu illər mənim üçün uğurlu oldu, amma etiraf etmək lazımdı ki, Azərbaycan Çempionatı daha güclüdü. Buradakı klublar inkişaf edir və burada daha güclü futbolçular çıxış edirlər. Düşünürəm ki, Azərbaycan futbolu ildən-ilə daha da güclənəcək.
 
– Təxminən bir aydan sonra "İnter" Avropa Liqasında mübarizəyə qoşulacaq. Sizcə, komandamız qitəmiqyaslı yarışda ölkəmizi yaxşı şəkildə təmsil edə biləcəkmi?
– Bir neçə dəfə qitəmiqyaslı yarışlarda iştirak etmişəm və əminliklə söyləyə bilərəm ki, bu yarışlarda ən önəmli faktlardan biri püşkatmadı. Püşk bizə çətin rəqiblər verməsə, o zaman yolumuz daha uzun ola bilər. Əslində ötən il də "Tromse" komandasına qalib gələ bilərdik, lakin bəxtimiz gətirmədi. Səfərdə keçirilmiş oyunda pis təsir bağışlamadıq, lakin adi səhvlərdən iki qol buraxdıq və məğlub olduq. Bu rəqibi keçə bilərdik, amma təəssüflər olsun ki, alınmadı. Bu il daha yaxşı çıxış etmək istəyirik. İlk mərhələdə səpələnmiş komandalar sırasında yer alacağıq və bu da bizə daha asan rəqib qazandıracaq. Növbəti mərhələyə çıxsaq, daha güclü komanda ilə üz-üzə gələ bilərik.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Ölkə kuboku2024-04-24 08:35

Kubokun finalına kimlər çıxacaq?

blank
Dünya futbolu2024-04-24 08:17

Poşettino darmadağına görə utanmır

blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm