Dünya futbolu
“Monako”da Jardim dövrü
Fransa Liqa-1-də çıxış edən “Monako” klubu yen…
Fransa Liqa-1-də çıxış edən “Monako” klubu yeni baş məşqçi ilə razılığa gəlib. Futbolinfo.az xəbər verir ki, ötən həftələrdə komandanı elitaya çıxarıb ikinci edən Klaudio Raniyetini istefaya göndərən knyazlıq təmsilçisi daha gənc mütəxəssislə anlaşıb.
Söhbət 2013/14 mövsümündə Lissabon “Sportinq”ini çalışdıran Leonardo Jardimdən gedir. Portuqal məşqçi “Monako” ilə üç illik müqavilə imzalayıb. Bu gün imza mərasimi ilə bağlı mətbuat konfransı keçiriləcək.