Dünya futbolu
Benzema: “Luis Suaresin gəlişindən qorxmuram”
İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu…
İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema maraqlı fikirləri diqqət çəkib. Futbolinfo.az xəbər verir ki, fransız futbolçu Luis Suaresin "Real"a mümkün keçidindən qorxmadığını bildirib:
"Mən "Real"a 10-cu dəfə Çempionlar Liqasını qazanmaq üçün gəlmişdim. Çox şadam ki, buna nail oldum. Final oyunu ərəfəsində Ronaldo ilə mən zədəli idim. Ona görə də meydanda 100 faiz gücümüzü qoya bilmədik. Növbəti mövsüm bütün titulları qazanmaq istəyirəm. Hücumda Beyl və Ronaldo ilə birgə 100-ə yaxın qol vurmağımız çox yaxşı oldu. Növbəti mövsüm bu göstəricini daha da yaxşılaşdırmağa çalışacağıq. Suaresin "Real"a keçməsindən qorxmuram? Qorxmuram, əksinə mən komandaya kömək edəcək istənilən futbolçunun "Real"a gəlməsinə sevinirəm".
Qeyd edək ki, "Liverpul"un hücumçusu Luisin 90 milyon avro qarşılığında "Real"a transfer olunacağı iddia edilir.
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”