Bizi izləyin

Premyer-liqa

Oğuz Çətinə inam yoxdu

10 illiyində əlləri havada qalan "Xəzər Lənkəran" art…

blank

10 illiyində əlləri havada qalan "Xəzər Lənkəran" artıq yeni baş məşqçisinə qovuşdu. Klub tərəfindən namizədlər siyahısında Mirça Rednikin də adının olması bildirilsə də, baş məşqçi kimi yeni, ancaq məşqçi kimi lənkəranlılara tanış olan Oğuz Çətin komandanın “sükanı arxasına” keçdi. Mustafa Dənizli ilə əl-ələ versə də, uğur qazana bilməyən Çətin indi Dənizlisiz çalışacaq. Hər kəs tanınmış və uğurları olan bir mütəxəssisin baş məşqçi postuna gətiriləcəyini düşünərkən məhz Çətinin bu vəzifəyə təyin olması maraq doğurur. Bəs qələm əhli necə düşünür, Oğuz Çətin doğru seçimdimi?

Mahir Rüstəmli (Futbol+): "Mənim üçün qiymətləndirmək çətindi. Düzgün olub-olmamağını deyə bilmərəm. Amma əgər Oğuz Çətini seçəcəkdilərsə, bunu əvvəlcədən demək lazım idi. Bir aydı söz-söhbət gəzir ki, kim gələcək. Sonra deyirlər ki, Çətin qalacaq. Məncə, klub öz azarkeşlərinə və futbol ictimaiyyətinə münasibətdə qeyri-səmimi addım atdı. Bunu əvvəlcədən bəyan etmək olardı. Tam inanmıram ki, "Xəzər Lənkəran" Çətinlə əsas hədəfinə çatsın".

Rəşad Ergün (Komanda): "Mövsümün sonundakı oyunlarda "Xəzər Lənkəran"la qazandığı nəticələri nəzərə alsaq, normal seçim olduğunu demək olar. Hər halda, komandanı tanıyır, rəhbərliklə, azarkeşlərlə necə dil tapmalı olduğunu bilir. Məncə, bundan sonrası üçün "Xəzər Lənkəran" ya yerli məşqçiylə işləməli idi, ya da elə Oğuz Çətin səviyyəsində olan əcnəbi mütəxəssislə. Zaman göstərdi ki, Toşak, Dənizli səviyyəsində olan məşhurlar bizim ölkədə baş çıxara bilmir. İndi bundan sonra ona ümid etmək olar ki, Çətin lənkəranlılar üçün "İnter"in Kaxaber Tsxadadzesi olacaq".

Əli Sahib (Fanat.az): "Düzgün seçim olub-olmamağını yeni mövsümün ortalarında və ya sonunda görəcəyik. Ancaq Çətin "Xəzər Lənkəran"da köməkçi məşqçi idi. Yəni iki məşqçi tandemi xeyir verə bilmədisə, Oğuz çətin ki, bunu tək bacara bilər. Uğur qazanacağına inanmıram, amma uğur arzu edirəm. Dənizlinin bacarmadığını Oğuz necə bacaracaq – bax, bu, maraqlıdı. Hər halda bütün müəllimlərin tələbələrindən gizlətdikləri var. İnanmağım gəlmir ki, müəllimin bacarmadığını tələbə etsin. Mənə elə gəlir ki, pis olacaq, yaxşı olmayacaq. Düzdü, Çətin Dənizlinin yoxluğunda qələbə qazanmışdı. Amma Azərbaycanda şahidi olmuşuq ki, baş məşqçi gedir və köməkçisi uğur qazanır. Hər kəsdən qabaq klubdakı ab-havanı futbolçular yaxşı bilir. Bu səbəbdən futbolçular da baş məşqçinin gedişinə "kömək" olur və köməkçinin gözündə qalxmaq üçün şans axtarırlar. Belə demək mümkündüsə, meydana çıxıb otu yeyirlər. Həmin futbolçular Çətinlə qələbə qazanmışdı, amma Dənizli ilə bu, alınmadı. Con Toşakın, Dənizlinin Azərbaycanda nəticə verə bilməməsi absurddu və buna tutarlı arqument gətirmək olmur. Azərbaycanda məşqçi işləmək üçün hər tərəfdə gözün olmalıdı ki, irəlini də görəsən, torba tikəni də. Ancaq Toşak və Dənizli kimi məşqçilər yalnız irəli baxır. "Xəzər Lənkəran" və "Bakı" kimi komandalar uğur qazanmaq üçün komandanı dağıtmalıdı. Onlar aşağı dəstəyə düşüb, yenidən komanda yaratmalıdılar".

Saleh Arslan (Korner.az): "Oğuz Çətin indiki vəziyyət üçün bəlkə də ideal variant kimi görünə bilər. Amma mənə görə Çətin "Xəzər Lənkəran"a yaraşmayan baş məşqçidi. "Xəzər Lənkəran" bu qədər iddianın, gözləntinin içindədi və yeni baş məşqçi bunlara cavab verə bilməyəcək. Məncə, fikrimdə yanılmayacam. Mustafa Dənizlidən sonra "Xəzər Lənkəran" rəhbərliyinin daha səviyyəli, daha peşəkar bir baş məşqçi ilə anlşacağını gözləyirdim. Komandanı tanımasına görə ola bilər, amma azarkeşin və ictimaiyyətin gözlədiyi imicə cavab verən biri deyil".

Elsevər Məmmədov (Apasport.az): "Oğuz Çətin indiki halda məncə, düzgün seçimdi. Çünki ən azından son mövsümün ikinci yarısını Mustafa Dənizli ilə birlikdə "Xəzər Lənkəran"da keçirib. Komandanı yaxşı tanıyır. Həmçinin Oğuz Çətinin statistikası yaxşıdı. Komandanı meydana çıxardığı 4 oyunun 3-də qalib gəlib, birində heç-heç edib, məğlubiyyəti yoxdu. Düşünürəm ki, doğru seçimdi. Amma çempionata ən azı 3 oyun yaxşı statistika ilə başlasa, uğur qazanacaq. Əks halda o da postunda çox qalmayacaq".

Həmkarlarımızın fikirləri demək olar ki, üst-üstə düşür. Ümumi nəticəyə gəldikdə, heç kim Çətinin uğur qazanacağına inanmır. Bizə isə yalnız uğur arzulamaq qalır.

RÖVŞƏN ƏHLİMANOĞLU

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:04

“Qarabağ” “Sabah”a uduzur – YENİLƏNİR

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Digər idman növləri2024-04-14 13:20

Millimiz finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 13:00

Daha 4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə qoşulacaq

blank
Digər idman növləri2024-04-14 12:43

Komandalar iştirakçı sayının aşağı salınmasını istəyir

blank
Digər idman növləri2024-04-14 12:29

Monte-Karloda liderlər uduzdu

blank
Dünya futbolu2024-04-14 12:11

“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

blank
Digər idman növləri2024-04-14 12:00

Millimizin üzvü finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 11:30

Abasov yenə heç-heçəyə razılaşdı

blank
Digər idman növləri2024-04-14 11:00

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 7 medal

blank
Digər idman növləri2024-04-14 10:29

Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib

blank
Digər idman növləri2024-04-14 10:00

Millimiz Honqkonqda növbəti oyununa çıxır

blank
Premyer-liqa2024-04-14 09:30

“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-04-14 09:11

Ən effektiv beşlik məlum oldu

blank
Digər idman növləri2024-04-14 08:52

“Audi” gələcək pilotları ilə danışıqlara başladı

blank
Digər idman növləri2024-04-14 08:34

Nadal və Alkarasın iştirak edəcəyi turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-04-14 08:17

Avroliqada cütlər məlum oldu

blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm