Premyer-liqa
"Neftçi" hazırlığa start verdi
“Neftçi” yeni mövsümün hazırlığı…
“Neftçi” yeni mövsümün hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, klubun təlim-məşq bazasında baş tutmuş məşqdə əsasən yerli futbolçular iştirak edib.
Legioner futbolçular və milli komandaların heyətinə cəlb edilmiş üzvlər Türkiyənin Bolu şəhərində keçiriləcək hazırlıqda düşərgəyə qoşulacaq.
Qeyd edək ki, komanda iyunun 12-nə kimi Bakıda hazırlıq keçəcək. Bundan sonra isə "Neftçi" Türkiyə və Avstriyada iki mərhələli təlim-məşq toplanışı keçəcək.