Ölkə futbolu
"Estoniya ilə qarşılaşma, Azərbaycanla oyun ərəfəsində xüsusilə vacibdi"
Norveç yığmasının baş məşqçisi Per-Matias Hö…
Norveç yığmasının baş məşqçisi Per-Matias Höqmo AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində komandasının millimizə qarşı keçirəcəyi oyun ərəfəsində Estoniya ilə yoldaşlıq görüşü haqda fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Höqmo Norveç mətbuatına bunları söyləyib:
“Bu komanda ilə qarşılaşma bizim üçün çox faydalı olacaq. O vaxta bizim futbolçularının bəzilərinin oyun təcrübəsi nöqteyi-nəzərindən problemləri meydana gələ bilər. Həmçinin, qeyd etməyə dəyər ki, bu komanda Şərqi Avropa oyun üslubunu diktə edir. Bu oyun, Azərbaycan yığması ilə oyun ərəfəsində xüsusilə vacibdi”.