Ölkə futbolu
İbrahimoviçin penaltisini dəf edən qapıçı AZAL-a keçir
AZAL-ın transfer etmək istədiyi daha bir futbolçunun adı m&…
AZAL-ın transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, “təyyarəçilər” qapını legioner futbolçuya həvalə etmək qərarına gəlib.
Bu, Moldova yığmasının “1” nömrəsi Stanislav Namaşkodur. Tiraspolda doğulan qapıçının ölkəsindəki karyerası məhz bu şəhərin təmsilçiləri ilə bağlıdır. Belə ki, “Tiraspol”, “Şerif” və 2014-cü ilin fevralından “Dinamo-Avto” klublarının şərəfini qoruyan Namaşko Rusiyada legioner karyerası da yaşayıb. O, “Kuban”, Nalçik “Spartak”ı və Həştərxan “Volqar”ında oynayıb.
Moldova U-19 və U-21-də çıxış etmiş Namaşko hazırda əsas yığma ilə Kamerunun paytaxtı Yaundedədir. Belə ki, bu gün Moldova millisi Bakı vaxtı ilə saat 19:00-da mundial iştirakçısı Kamerunla gücünü sınayacaq. Səudiyyə Ərəbistanı (4:0) və Kanada (1:1) ilə yoldaşlıq oyunlarında digər 2 qapıçını yoxlayan məşqçilər heyəti bu gün 27 yaşlı Namaşkoya güvənməlidi.
Namaşkonun Rusiya karyerası uğurlu olmasa da, onun kifayət qədər təcrübəli olduğunu söyləmək mümkündür. Təsadüfi deyil ki, Stanislav 2011-ci ilin martında İsveç yığmasının populyar hücumçusu Zlatan İbrahimoviçin penalti zərbəsini dəf etməklə daha da məşhurluq qazanıb.
Qeyd edək ki, AZAL-ın digər qapıçıları Cahangir Həsənzadə ilə Ruslan Məcidovdu. (apasport.az)