Ölkə futbolu
Kamerun yığması DÇ-yə getməkdən imtina edir
DÇ-2014-ün başlamasına 3 gün qalmasına baxmayaraq,…
DÇ-2014-ün başlamasına 3 gün qalmasına baxmayaraq, Kamerun yığması hələ də Braziliyaya yola düşməyib. Buna səbəb yığma komanda üzvlərinin yerli futbol federasiyasının dünya çempionatında iştirak edəcəklərinə görə verəcəyi mükafatla razılaşmamasıdı.
Əgər məbləğ onların istəklərinə uyğun olmasa, futbolçular daha bir neçə gün paytaxt Yaundedə qalacaqlarını bildiriblər.
Kamerun millisi dünya çempionatında ilk görüşünü iyun ayının 13-də Meksikayla keçirəcək.