Dünya futbolu
“Barselona” kolumbiyalı futbolçuyla anlaşdı
İtaliyanın "Fiorentina" klubunun yarımmüdafiə&ccedi…
İtaliyanın "Fiorentina" klubunun yarımmüdafiəçisi Xuan Kuadrado "Barselona" ilə razılığa gəlib. Futbolinfo.az xəbər verir ki, uzun müddətdi davam edən danışıqlar müsbət nəticələnib.
Katalon klubunun rəsmiləri "Fiorentina"lı həmkarlarıyla bir daha görüşüb transferi rəsmiləşdirmək fikrindədi. İtalyanların Kuadradoya görə 25 milyon avro tələb etdiyi bildirilir.
Xatırladaq ki, kolumbiyalı futbolçu "Fiorentina"ya 2012-ci ildə "Leççe"dən transfer edilib.