Ölkə futbolu
"Qarabağ"dan təkzib: "Elə bir futbolçuya marağımız yoxdu"
Mövsüm başa çatdıqdan sonra heyətini Danilo Diasla…
Mövsüm başa çatdıqdan sonra heyətini Danilo Diasla gücləndirən "Qarabağ"ın ətrafında transfer xəbərləri səngimək bilmir. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun daha iki futbolçu ilə maraqlandığı iddiaları ortaya atılıb.
Belə ki, "atlılar"ın son ölkə kubokunun qalibi "Neftçi"nin heyətində çıxış edən Tərlan Quliyevlə yanaşı, Türkiyə PTT 1-ci Liqada çıxış edən "Samsunspor"un hücumçusu Edin Adiloviçlə maraqlandıqları deyilir.
Saytımıza açıqlama verən "Qarabağ"ın meneceri Asif Əsgərov məsələyə belə münasibət bildirib: "Tərlan Quliyevin "Neftçi" ilə müqaviləsi var. O, və digər futbolçularla biz o zaman maraqlana bilərik ki, klubu ilə müqaviləsi başa çatsın və komandadan ayrılmış olsun. Hazırda Quliyev "Neftçi"nin futbolçusudu. Biz onunla maraqlandığımızı deməmişik".
Klub meneceri daha sonra Adiloviç xəbərinə "elə bir futbolçuya marağımız yoxdu" deyərək, təkzib verib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var