Dünya futbolu
Messi yenə meydanda qusdu
Lionel Messinin səhhətində növbəti dəfə problem yaranıb. F…
Lionel Messinin səhhətində növbəti dəfə problem yaranıb. Futbolinfo.az xəbər verir ki, "Barselona"nın və Argentina millisinin futbolçusu bundan əvvəl dəfələrlə matç zamanı qusmuşdu.
Hücumçu oxşar hadisə ilə iyunun 7-i Sloveniyaya qarşı keçirilən yoxlama görüşündə də üzləşib. Messi kameraların onu çəkmədiyi bəzi vaxtlarda meydanın kənarına gedərək dərman da qəbul edib.
Bununla Messi artıq beşinci dəfədi ki, meydanda qusur. Bundan əvvəl o, millinin Rumıniya və Boliviya matçlarında da qusmuşdu.