Ölkə futbolu
Mundiala hansı klub neçə futbolçu göndərib?
Braziliyada təşkil olunacaq dünya çempionatına ən &cce…
Braziliyada təşkil olunacaq dünya çempionatına ən çox futbolçu yollayan klublar müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, "Bavariya" başçılıq etdiyi siyahıda 15 futbolçu ilə təmsil olunur.
"Mançester Yunayted" klubu 14 futbolçu ilə ikinci, "Barselona" və "Çelsi" isə 13 oyunçu ilə üçüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, dünya çempionatında iştirak edəcək 736 futbolçudan 114-ü İngiltərə Premyer Liqası, 81-i Almaniya Bundesliqası, 78 oyunçu isə İtaliya A seriyasında forma geyinir.
1. "Bavariya" (Almaniya) – 15
2. "Mançester Yunayted" (İngiltərə) – 14
3. "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə) – 13
4. "Napoli" (İtaliya), "Real" (Madrid, İspaniya), "Yuventus" (İtaliya) – 12
5. "Arsenal" (İngiltərə), "Liverpul" (İngiltərə), "Mançester Siti" (İngiltərə) və PSJ (Fransa) – 10
6. "Atletiko" (Madrid), "Zenit" (Rusiya), "Portu" (Portuqaliya) – 9 futbolçu
7. "İnter" (İtaliya), "Milan" (İtaliya) – 8
8. "Borussiya" (Dortmund, Almaniya), "Volfsburq" (Almaniya), “Dinamo" (Moskva, Rusiya), "Latsio" (İtaliya), "Tottenhem" (İngiltərə), "Şalke" (Almaniya) – 7
9. "Bazel" (İsveçrə), "Qalatasaray" (Türkiyə), "Nyukasl" (İngiltərə), "Sauthempton" (İngiltərə), CSKA (Moskva, Rusiya), "Everton" (İngiltərə) – 6
10. "Amerika" (Meksika), "Benfika" (Portuqaliya), "Valensiya" (İspaniya), "Monako" (Fransa), "Olimpiakos" (Yunanıstan), "Parma" (İtaliya), "Real Sosyedad" (İspaniya), "Roma" (İtaliya), "Feyenoord" (Hollandiya), "Fənərbaxça" (Türkiyə) – 5