Ölkə futbolu
“Qəbələ” rəsmisi: "Petevin meneceri Bakıdadı"
“İvaylo Petevin danışıldığı vaxtda Azərbaycana gəlməm?…
“İvaylo Petevin danışıldığı vaxtda Azərbaycana gəlməməsi bizim üçün də gözlənilməz oldu”. Futbolinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı deyib.
Ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək “Qəbələ”nin danışıqlar apardığı və ortaq məxrəcə gəldiyi İvaylo Petev Kiprin AEL klubundakı işini davam etdirə bilər. Limassol klubunun rəhbərliyi ona 2016-cı ilin mayına kimi nəzərdə tutulan yeni müqavilə təklif edib.
“Qəbələ” rəsmisinin sözlərinə görə, onlar da AEL-in rəsmi saytında yer alan xəbərə təəccüblənib: “Biz də sizin kimi bu gözlənilməz xəbərlə tanış olmuşuq. Petev bu gün ölkəmizdə olsa da, gəlib çıxmadı. Ancaq onun meneceri hazırda ölkəmizdədir. Petev hələ ki telefon zənglərimizə cavab vermir”. (apasport.az)
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı