Ölkə futbolu
"Rəvan"ı həvəskar kluba dəyişdi (ÖZƏL)
Mövsüm sonunda "Rəvan"la müqaviləsi başa &…
Mövsüm sonunda "Rəvan"la müqaviləsi başa çatan Kamil Nurəhmədov özünə klub tapıb. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi həvəskar kluba keçib.
Kamil Dağıstanın həvəskarlar liqasında mübarizə aparan "Leki" komandasına yollanıb. O, artıq yeni komandasının 2 oyununda meydana çıxıb və 3 qol vurmağı bacarıb. Nurəhmədov bu komandada formada qalmaq üçün çıxış edir. "Leki"nin baş məşqçisi isə Kamilin atası Kamran Nurəhmədovdu.
Qeyd edək ki, Kamil Nurəhmədov "Sumqayıt" və Rusiyanın Ural vilayətinin klublarının diqqət mərkəzindədi.