Ölkə futbolu
“AZAL rəhbərliyindən belə münasibəti gördükdən sonra futboldan soyudum”
“AZAL-dan ayrılmağım dorğudu”. Futbolinfo.az xəbər v…
“AZAL-dan ayrılmağım dorğudu”. Futbolinfo.az xəbər verir ki, bunu uzun müddətdi AZAL klubunun şərəfini qoruyan Canahgir Həsənzadə deyib.
Təcrübəli qapıçı komandadan ayrılmasını rəhbərliyinin ona güvənməməsi ilə əlaqələndirib. Həsənzadə bildirib ki, rəhbərlik ona üçüncü qapıçı olmağı təklif edib: “Bu, mənlik deyil. Uzun müddətdi futbol oynayıram, millinin şərəfini qorumuşam. AZAL üçün də canımı qoymuşam. Mənə burada üçüncü qapıçı kimi qalmaq çətindir”.
Millimizin sabiq qapıçısı karyerasını bitirə biləcəyini də vurğulayıb: “Əslində, karyeramı başa vurmağı da düşünürəm. Çünki AZAL-dan bu münasibəti gördükdən sonra futboldan soyudum. İstəyirəm ki, futbolçu karyerama son verim. Biz az özümə gəldikdən sonra hər şeyə aydınlıq gətirəcəyəm”. (apasport.az)
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü