Ölkə futbolu
Yelle de Bok: "Avstriyaya gedəcəyəm"
“Bəli, zədəm var. Ancaq bu, o qədər ciddi deyil”. Fut…
“Bəli, zədəm var. Ancaq bu, o qədər ciddi deyil”. Futbolinfo.az xəbər verir ki, bunu Türkiyə toplanışı zamanı “İnter”də baxışda olmuş belçikalı mərkəz müdafiəçisi Yelle de Bok deyib.
“İnter” iyunun 1-dən 10-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında oldu. Bu müddətdə komandanın heyətinə baxışda olan Yelle de Bok qoşuldu. Ancaq o, toplanışın sonlarına yaxın zədə aldığı üçün “bankirlər”in Türkiyədəki afrikalı futbolçularla yoxlama oyununun (6:0) iştirakçısı ola bilmədi.
Onun “İnter”in Avstriya toplanışına gedib-getməyəcəyi haqda isə fərqli fikirlər gəzir. Bunu futbolçunun özü ilə dəqiqləşdirmək qərarına gəldik: “Hazırda 8 ildir yaşadığım Hollandiyadayam. Bir neçə gün Eyndhovendə olacağam. Burda özümü həkimə göstərirəm. Sonra Avstriyaya gedəcəyəm. Ancaq ora gedəcəyim tarixi dəqiq bilmirəm. Çünki nə vaxt məşq etməyə hazır olsam, o zaman da “İnter”in Avstriya toplanışı üçün yola düşəcəyəm”.
Qeyd edək ki, “İnter” iyunun 13-dən Avstriyada hazırlıqlara başlayacaq. (apasport.az)
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 16:01
Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”