Dünya futbolu
Modriç Rakitiçin “Barsa”ya keçidini təsdiqlədi
Madrid "Real"ının xorvatiyalı yarımmüdafiəç…
Madrid "Real"ının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç həmyerlisi İvan Rakitiçin "Barselona"ya transferini təsdiqləyib. Futbolinfo.az xəbər verir ki, keçid rəsmən açıqlanmasa da, Modriç Rakitiçin “Barsa” ilə anlaşdığını bildirib:
“Onun "Real"a keçməsini istəyərdim, ancaq o, karyerasını "Barselona"da davam etdirəcək. İvanın adına çox sevinirəm. O, buna layiqdi. "Barselona" kimi dünya miqyasında olan böyük klubda oynayacaq. Bu, karyerası üçün böyük addımdı. Geridə qalan mövsümdə hamı Rakitiçin nəyə qadir olduğunu gördü. Möhtəşəm oyunçudu, gündən-günə də inkişaf edir. İnanıram ki, növbəti mövsümdə daha da yaxşı oynayacaq. İvan çox sevinir. Düşünürəm ki, bu transfer Xorvatiya dünya çempionatında iştirak edərkən açıqlanacaq. Rakitiçin çempionatda möhtəşəm oynayacağından və komandamızın əsas ulduzlarından biri olacağından şübhə etmirəm".
"Sevilya" və "Barselona" arasındakı keçidin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir. Rakitiçin transferi dəyəri təxminən 20 milyon avro olacaq.