Milli komanda
Azərbaycan Şotlandiya ilə bacarmadı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bosn…
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunan UEFA-nın inkişaf mini-turnirində növbəti oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, yığmamız Şotlandiya ilə qarşılaşıb.
Oyun rəqib komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Şotlandlar 12-ci dəqiqədə hesabı açsa da, 32-ci dəqiqədə Nicat Süleymanov bərabərlik qolunu vurub. Amma ilk hissənin sonunda və 79-cu dəqiqədə daha iki qol vuran şotlandlar yığmamıza qalib gəliblər.
Beləliklə, iki turdan sonra turnirin meydan sahibləri 5 xalla liderdi. Şotlandiya yığması 4 xalla ikinci, yığmamız 3 xalla üçüncü, xalsız Monteneqro millisi sonuncudu.
Qeyd edək ki, ilk turda Monteneqro millisi ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanmışdı. Son oyunda yığmamız Bosniya və Herseqovina ilə qarşılaşacaq.