Digər idman növləri
Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 12-ci turda hindistanlı Dommaracu Qukeşlə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov ağ fiqurlarla oynayacaq. O, hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Qukeş isə 6,5 xalla ikincidir.
Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”