Digər idman növləri
Nicat yenə uduzdu
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb. 28 yaşlı qrossmeyster XI turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib. Abasov qara fiqurlarla oynayıb. O, hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Firuzca isə 4,5 xalla yeddincidir.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”