Dünya futbolu
Həftənin ən yaxşısı adına namizədlər
Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, namizədlər Dortmund “Borussiya”sından Yulian Brandt, “Bayern”dən Yoşua Kimmix , “Real”dan Federiko Valverde və PSJ-dən Usman Dembeledir.
Brandt “Atletiko” ilə matçda (4:2), Dembele “Barselona” ilə görüşdə (4:1), Kimmix “Arsenal”la oyunda (1:0) fərqlənib. Valverde isə “Mançester Siti” ilə görüşdə (1:1 – penaltilər seriyası 4:3) 120 dəqiqə meydanda olub.
Xatırladaq ki, qalib UEFA-nın saytında səsvermə nəticəsində müəyyənləşəcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd