Ölkə futbolu
"İnter" "Vilyarreal", "Rubin" və "Ayntraxt"a qarşı
16-20 iyun 2014-cü il tarixlərində Azərbaycan Beynəlxalq Bank…
16-20 iyun 2014-cü il tarixlərində Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi kubok uğrunda 3-cü beynəlxalq futbol turniri start götürəcək. Futbolinfo.az xəbər verir ki, AFFA-nın dəstəyi, Azərbaycan Beynəlxalq Bankının, "İnter" Peşəkar Futbol Klubunun və Bakı Futbol Federasiyasının təşkilatçılığıyla keçirilən turnirdə iştirak edən komandaların adları məlumdu.
Belə ki, bu il baş tutacaq turnirdə Azərbaycanın "İnter", İspaniyanın "Villarreal", Türkiyənin "Beşiktaş", Serbiyanın "Partizan", Almaniyanın "Ayntraxt", Ukraynanın "Karpatı", Rusiyanın "Rubin" və "Gürcüstanın "Dinamo" komandaları iştirak edəcək.
Turnir iştirakçıları iki qrupa bölünərək kubok uğrunda mübarizə aparacaqlar. Yarış 2000-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək.
A qrupu
İnter (Azərbaycan)
Vilyarreal (İspaniya)
Rubin (Rusiya)
Ayntraxt (Frankfurt, Almaniya)
B qrupu
Beşiktaş (Türkiyə)
Karpatı (Ukrayna)
Partizan (Serbiya)
Dinamo (Gürcüstan)
Turnirin təqvimi:
A qrupu
1-ci tur – 16 iyun
İnter – Ayntraxt
Vilyarreal – Rubin
2-ci tur – 17 iyun
İnter – Vilyarreal
Rubin – Ayntraxt
3-cü tur-18 iyun
Rubin – İnter
Ayntraxt – Vilyarreal
B qrupu
1-ci tur – 16 iyun
Karpatı – Partizan
Beşiktaş – Dinamo
2-ci tur – 17 iyun
Partizan – Dinamo
Beşiktaş – Karpatı
3-cü tur – 18 iyun
Dinamo – Karpatı
Partizan – Beşiktaş
İkinci mərhələ – 19 iyun
A-4-B-4 (7-8-ci yerlər)
B-3-A-3 (5-6-cı yerlər)
21 iyun
A-2-B-2 (3-4-cü yerlər)
B-1-A-1 (1-2-ci yer uğrunda oyunlar)