Ölkə futbolu
"Sumqayıt"da daha bir imza (FOTO)
Yeni mövsümün transfer çalışmalarını davam e…
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, sözügedən klub Tərzin Cahangirovla 1 illik sazişə imza atıb.
22 yaşlı futbolçu "Sumqayıt"da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Tərzin Topaz Premyer Liqasında 2013/2014 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 18 qarşılaşmada 1585 dəqiqə mydanda olub və 1 qola imza atıb.