Dünya futbolu
Blatter arzusunu yenilədi
FİFA prezidenti Yozef Blatter yenidən dünyanın ali futbol quru…
FİFA prezidenti Yozef Blatter yenidən dünyanın ali futbol qurumuna rəhbərlik etmək arzusunda olduğunu bir daha açıqlayıb. Futbolinfo.az xəbər verir ki, hər fürsətdə bunu dilə gətiən idarəçi Braziliyanın San-Paulu şəhərində keçirilən konfrans zamanı bildirib.
Qeyd edək ki, 1998-ci ildən FİFA-ya rəhbərlik edən Blatter 2011-ci ildə təkrar bu posta seçilib. Buna qədər o, 2015-ci ildə postunu tərk etmək istədiyini bildirirdi. İndi isə 78 yaşlı futbol məmuru fikrini dəyişib: “Mənim missiyam, bizim ümumi missiyamız hələ başa çatmayıb. Açığını desəm, hazırda irəliyə doğru getmək arzum daha böyükdü”.
Son zamanlar Qətərin 2020-ci il dünya çempionatına ev sahibliyi etməsi ətrafında yaşanan korrupsiya qalmaqalı ilə bağlı Blatter kəskin tənqid olunur.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”