Dünya futbolu
MY-dən 56 milyonluq təklif
İngiltərənin “Mançester Yunayted” klubu Edinson …
İngiltərənin “Mançester Yunayted” klubu Edinson Kavani üçün PSJ-yə rəsmi təklif göndərib. Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” uruqvaylı forvarda görə 56 milyon funt-sterlinqdən keçməyə hazır olduğunu bildirib. Hələlik PSJ təklifə heç bir cavab verməyib.
Xatırladaq ki, PSJ Kavanini ötən yay “Napoli”dən 64 milyon avroya transfer edib. 27 yaşlı forvard Paris klubunun heyətində meydana çıxdığı 43 oyunda 24 qol vurub.