Ölkə futbolu
Braziliya yığmamızın rəqibinə qalib gəldi
Ötən gecə futbol azarkeşlərinin səbirsizliklə gözlədi…
Ötən gecə futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi növbəti dünya çempionatı start götürüb. Futbolinfo.az xəbər verir ki, mundialın açılış matçında meydan sahibi Braziliya yığması Xorvatiya ilə üz-üzə gəlib.
Beşqat dünya çempionu olan braziliyalılarla xorvatların qarşılaşmasına ölkəmizdə də maraq böyük idi. Məsələ burasındadı ki, Xorvatiya AÇ-2016-nın seçmə mərhələsində yığmamızın rəqiblərindən biridi.
Qarşılaşmada hesabı xorvatlar açıblar. Amma Neymarın dublu və Oskarın yekun qolu mundiala ev sahibliyi edən komandaya 3 xal qazandırıb.
A qrupunun digər oyunu – Meksika – Kamerun görüşü isə bu gün keçiriləcək və saat 21:00-da başlayacaq.
DÇ-2014
A qrupu
13 iyun
Braziliya – Xorvatiya – 3:1
Qollar: Neymar, 29; 71-pen, Oskar, 90 – Marselo, 11-öz qapısına.
Qollar: Neymar, 29; 71-pen, Oskar, 90 – Marselo, 11-öz qapısına.
Hakim: Yuiti Nişimura (Yaponiya).
San-Paulu. “Korintians Arena”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var