Ölkə futbolu
Klinsman ümidli deyil
ABŞ millisinin baş məşqçisi Yurgen Klinsman DÇ-2014 …
ABŞ millisinin baş məşqçisi Yurgen Klinsman DÇ-2014 barədə bədbin proqnoz verib. Futbolinfo.az xəbər verir ki, o, komandasının dünya kubokunu qazanacağına inanmır.
Alman mütəxəssis azarkeşlərin onlardan çempionluq gözləməsini düzgün saymır:
"Komanda kimi ilbəil daha da güclənirik. Özümüzü zəif komanda hesab etmirik. Qana ilə matçda qalib gəlməyə çalışacağıq. Ancaq dünya kubokunu qazanacağımız inandırıcı deyil. Bu, bizlik deyil. Fikrimi amerikalı və ya başqa bir mütəxəssis də təsdiqləyə bilər".
ABŞ DÇ-2014-də G qrupunda Almaniya, Portuqaliya, Qana yığmaları ilə mübarizə aparacaq.