Bizi izləyin

Ölkə futbolu

Arif Əsədov klublarımızın avrokuboklardakı şanslarını dəyərləndirdi

Artıq avrokubokların startına az vaxt qalıb. Növbəti ayın i…

blank
Artıq avrokubokların startına az vaxt qalıb. Növbəti ayın ilk günlərindən etibarən Azərbaycan klubları da ən güclülərin mübarizəsinə qoşulacaq. Ölkəmizi bu yarışda 4 klub – "Qarabağ", "İnter", "Qəbələ" və "Neftçi" təmsil edəcək.
 
"Neftçi" Avropa Liqasının qrup mərhələsində top qovubsa, "Qarabağ" bir neçə dəfə pley-off-dan geri dönüb. "İnter" bir neçə mərhələ keçdiyi təqdirdə "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasında mübarizə aparacaq.
 
Məşqçilik karyerası ərzində "Neftçi"ni, 19 yaşlardan ibarət millini çalışdıran, hazırda futbolu kənardan izləyən Arif Əsədov klublarımızın avrokuboklara hazırlığı, eləcə də şansları barədə fikirlərini bildirib. 43 yaşlı mütəxəssis hər il klublarımızın avrokubokların qrup mərhələsinə düşməsini istəyir. Onun fikrincə bu il qrup mərhələsinə vəsiqə qazananan "Qarabağ" və "Neftçi" olacaq.
 
"Tək Reynaldo ilə çətin olar"
 
Əsədov "Qarabağ"ın ideal komanda olduğunu, buna baxmayaraq komandanın Çempionlar Liqasındakı çıxışının kapitan Rəşad Sadıqovun formada olub-olmamasından da asılı olduğunu dilə gətirib: "Hələ püşkatma olmayıb. Bu üzdən indidən şansları dəyərləndirmək olmaz. Çempionlar Liqasında daha güclü komandalar olur. Necə ki, "Neftçi" getdi, "Qarabağ" da ən azından Avroliqanın qrup mərhələsində mübarizə apara bilər. Yenə də hər şey rəqiblərdən asılı olacaq. Amma "Qarabağ" ən azından "Neftçi"nin uğurunu təkrarlamaq, onu yeniləmək üçün çox istəklidi. Yaxşı məşqçiləri var və bilir ki, komandada hansı çatışmazlıqlar var. Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün istər-istəməz mövqelərdə gücləndirmələr olmalıdı. Xüsusən də hücumda tək Reynaldo ilə çətin olardı. Buna görə də artıq "Qarabağ" transferini həyata keçirdi. "Qarabağ"da Rəşad Sadıqovun formada olmasından da çox şey asılı olacaq. Heç vaxt ideal komanda olmur və çatışmayan cəhətləri var. Lakin Qurban Qurbanov daha yaxşısını bilir".
 
"İnter" çətinliklə üzləşə bilər"
 
Ötən mövsüm Avroliqa arzularına 2-ci mərhələdən son qoyan "İnter" sabit heyət qurmaqda çətinlik çəkir. "Bankirlər"in bu problemi həm Premyer Liqanın startında, həm də avrokuboklarda özünü birüzə verir. 43 yaşlı mütəxəssis "İnter"dən danışarkən komandadakı problemlərdən söz açdı: "İnter" həmişə bir daxili çempionatın əvvəlində, bir də avrokuboklarda problemlə üzləşir. Bu da heyətin sabit olmaması ilə bağlıdı. İndi də həmin mənzərə yaranıb, çox oyunçu komandadan gedib. İndi gedənlərin yerini nə dərəcədə doldura biləcəklər, bundan çox şey asılıdı. Bu baxımdan ötən mövsümlərdə olduğu kimi, bu il də axsamalar ola bilər. Futbolda əvəzolunmaz oyunçu yoxdu. Düşünürəm ki, yerli futbolçu baxımından çətinlik yaşana bilər. Ancaq maddi və digər məsələlər də legionerlə anlaşmaq olar".
 
"Qəbələ"dən hansısa uğur gözləmək çətindi"
 
Artıq beynəlxalq görüşlərə bir aydan da az vaxt qalsa da, "Qəbələ" hələ də baş məşqçi problemini həll edə bilmir. Avroliqa üçün güclü transfer də etməyən əyalət klubunun necə çıxış edəcəyini Əsədov bu cür izah etdi: "Bu gün "Qəbələ" başsız at kimidi. Əgər baş məşqçi yoxdursa, komandanın nə edəcəyi bilinmir. Düzdü, rəhbərlik tərəfindən komandanın təlim-məşqi üçün hər şey edilə bilər. Ancaq məşqçi necə olacaq, hansı fəlsəfəyə uyğun olacaq, necə transferlər edəcək, bax əsas məsələ budu. Təəssüflər olsun ki, hələ də bu problem çözülməyib. Onu da deyim ki, bu "Qəbələ" üçün başağrısı ola bilər. Bu gedişlə "Qəbələ"dən hansısa uğur gözləmək çətindi. Düşünürəm ki, onlar Yuri Syominlə ən azından Avroliqanı başa vurduqdan sonra ayrılsa, yaxşı olardı. Çünki bu cür mənzərə təəssüfləndiricidi. Başqa nəsə demək üçün həm yeni baş məşqçini, həm də püşkatmanı gözləmək lazımdı və inanıram ki, heç olmasa bir mərhələ keçiləcək".
 
"Neftçi" ən azı bir mərhələ keçəcək"
 
Təcrübəli mütəxəssis artıq Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış, buna baxmayaraq eyni turnirin ilk mərhələsində marafona son qoyan "Neftçi"i haqqında isə bunları söylədi: "Neftçi" də sabit heyətin qorunması baxımından çətinlik çəkəcək. Amma "Neftçi" və "Qarabağ" beynəlxalq oyunlarda daha təcrübəlidi. Komandadan gedənlərin yeri nə qədər tez doldurulsa, bu, baş məşqçi üçün də rahat olar. Əgər ötən illərdə sabit heyət vardısa, indi dəyişiklər olub və xəttlərarası əlaqələri tez bir zamanda qurmaq lazımdı. Bu komandanın qrupa düşüb-düşməyəcəyi əsas qarşıya qoyulan strategiyadan asılıdı. Yəni ola bilər ki, komandanın qarşısına heyəti gəncləşdirmək qoyulub. Amma ən azından inanıram ki, "Neftçi" də bir mərhələ keçəcək".
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm