Ölkə futbolu
“İnter”in rəqibləri bəlli oldu
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter”…
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” bu gün təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yola düşüb. Futbolinfo.az xəbər verir ki, paxytaxt klubu burada 5 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Əldə etdiyimiz məlumata görə, klubun yoxlama görüşündə qüvvəsini sınayacaq iki rəqibinin adı artıq məlumdu. Bunlar Avstriyanın “Ştrum” və Macarıstanın “Haladas” komandalarıdı. Paytaxt təmsilçisinin yoxlama matçları iyunun 16, 19, 23, 25 və 27-si tarixlərində baş tutacaq. Qalan 3 rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, digər rəqiblərin Almaniya və Rusiya klubları olması istisna deyil.