Dünya futbolu
PSJ “Real”a “yox” dedi
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Madrid "Rea…
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Madrid "Real"ına keçməyəcək. Futbolinfo.az xəbər verir ki, fransız klubu "Real"ın təklifini geri çevirib. Məlumata görə, fransızların təklifə yox deməsinin ardından Madrid klubu diqqətini "Bavariya"lı Toni Kroosun transferinə yönəldib.
Məhz "Real"ın baş məşqçisi Karlo Ancelotti, Verrattini "qalaktikos"da oynamağa dəvət etmişdi. Daha öncə PSJ-nin transferə razılıq verəcəyi yönündə xəbərlər yayılmışdı.
Marko Verratti geridə qalan mövsümdə 29 qarşılaşmada forma geymiş, 5 məhsuldar ötürməylə yadda qalmışdı.