Dünya futbolu
Pedro "Barsa"da qalacaq
İspaniyanın "Barselona" klubu yay "transfer pəncər?…
İspaniyanın "Barselona" klubu yay "transfer pəncərəsi"ndə Pedro Rodriqesi satmaq fikrində deyil. Futbolinfo.az xəbər verir ki, komandanın yeni baş məçqçisi Luis Enrike ispan futbolçuya etimad göstərir və Pedro ən azı bir il daha katalon klubunda qalacaq.
Daha öncə Pedronun "Barsa"dan ayrılacağı və PSJ-ə transfer olacağı barədə xəbərlər yayılmışdı.
Geridə qalan mövsümdə Pedro Rodriqes 35 qarşılaşmada forma geymiş, 15 qol və 10 məhsuldar ötürməylə yadda qalmışdı.