Ölkə futbolu
Hollandiya İspaniyanı biabır etdi, Çili və Meksika sevindi
DÇ-2014-də daha 3 oyun baş tutub. Futbolinfo.az xəbər verir…
DÇ-2014-də daha 3 oyun baş tutub. Futbolinfo.az xəbər verir ki, bunlardan biri A qrupunun iştirakçıları Meksika və Kamerun yığmaları arasındakı görüşü idi. Meksikalılar minimal hesabla üstün olublar.
Gecə yarısı isə azarkeşlər daha maraqlı bir oyuna şahidlik ediblər. Mundialın son finalçıları İspaniya və Hollandiya münasibətlərə aydınlıq gətirib. Hesabı son çempionlar açsa da, hollandlar rəqibini buna peşman edib. Bundan sonra 5 qol vuran Lui van Qalın yetirmələri möhtəşəm qələbəyə seviniblər.
Gecə saat 03:00-da isə qrupun autsayderləri Çili və Avstraliya qarşılaşıb. Çili daha üstün futbol sərgiləyərək qələbə qazanıb.
DÇ-2014
13 iyun
A qrupu
Meksika – Kamerun – 1:0
Qol: Peralta, 61.
14 iyun
B qrupu
İspaniya – Hollandiya – 1:5
Qollar: X.Alonso, 27-pen – Van Persi, 44; 72, Robben, 53; 80, de Vrij, 64.
Çili – Avstraliya – 3:1
Qollar: A.Sançes, 12, Valdivia, 14, Beausejur, 90 – T.Keyhill, 35.