Ölkə futbolu
Hakimlərimiz Polşaya yollanır
Azərbaycan çempionatında növbəti mövsüm idar?…
Azərbaycan çempionatında növbəti mövsüm idarəçilik edəcək hakimlərimiz təlim-məşq toplanışını Polşada keçirəcəklər. Futbolinfo.az xəbər verir ki, bu barədə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Belə ki, növbəti mövsümə hazırlaşmaq üçün referilərimiz iyulun 10-da təlim-məşq toplanışının keçiriləcəyi məkana yollanacaqlar. Orada hakimlərimiz fiziki hazırlıqlar keçirəcək və bir neçə yoxlama görüşlərində idarəçilik edəcəklər. (apasport.az)