Dünya futbolu
Baroni “Fənərbaxça”nı tərk edir
Türkiyə çempionu "Fənərbaxça" bu yay h…
Türkiyə çempionu "Fənərbaxça" bu yay heyətindəki legionerlərin sıxlığını azaltmaq istəyir. Futbolinfo.az xəbər verir ki, heyətdəki əcnəbilərin hamısını eyni vaxtda iştirak ərizəsinə slaa bilmyən “sarı-lacivərdlilər” lazımsız bildiyi oyunçuları satmağa qərar verib.
Artıq ilk yola salınacaq oyunçunun adı da bəlli olub. Bu 5 mövsümdü "Fənər”in formasını geyinən braziliyalı yarımmüdafiəçi Kristian Baronidi. Ona həm Türkiyə, həm də Braziliyadan bir neçə təklif var. "Fənər" lə hələ bir illik müqaviləsi olan Baroninin klubdan ayrılmasında heç bir problem yaşanmayacağı gözlənilir.
Qeyd edək ki, klubdan ayrılması gündəmdə olan digər oyunçular isə Samuel Holmen, Miloş Krasiç, Yozef Yobo və Miroslav Stokdu.