Ölkə futbolu
Sneyder İspaniyaya meydan oxudu
Hollandiya millisinin yarımmüdafiəçisi Uesli Sneyder bu …
Hollandiya millisinin yarımmüdafiəçisi Uesli Sneyder bu gecə DÇ-2014-ün ilk turu çərçivəsində İspaniyaya qarşı keçirəcəkləri oyun haqda danışıb. Futbolinfo.az xəbər verir ki, “Qalatasaray”ın üzvü İspaniyanı məğlub edə biləcəklərini deyib:
“Futbol belədi. Biz bu gün turnirə 4 il əvvəl finalda məğlub olduğumuz komandaya qarşı oyunla başlamalıyıq. Hər iki komanda bir-birini çox gözəl tanıyır. Odur ki, heç bir süpriz olmayacaq. Məncə, əla oyun alınacaq. Biz İspaniya millisinə lazımı qədər problem yarada bilərik. Çox güclü rəqibi məğlub etməliyik. Dünya çempionluğuna bir neçə komanda namizəddi. Onların arasında həm İspaniya, həm də Hollandiya var”.
İspaniya – Hollandiya matçı bu gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək.