Ölkə futbolu
"Qəbələ" Sloveniyada ilk məşqə çıxdı
Təlim-məşq məqsədi ilə dünən Sloveniyaya yollanan "Q?…
Təlim-məşq məqsədi ilə dünən Sloveniyaya yollanan "Qəbələ" ötən gün adıçəkilən ölkədə ilk məşqinə çıxıb. Futbolinfo.az xəbər verir ki, məşqçi Sənan Qurbanovun başçılığı altında baş tutan hazırlıq prosesində komanda əsasən topsuz çalışmalar yerinə yetirib.
"Qəbələ" hazırlığını gündəlik 2 məşqlə davam etdirəcək. Hazırda düşərgədə yer almayan Kamran Ağayev, Rail Məlikov, Elnur Allahverdiyev, Daniel Subotiç və Viktor Mendi iyunun 15-də heyətə qoşulacaq.
Elə həmin gün "qırmızı-qaralar" Sloveniyada ilk sınaq oyununa çıxacaq. Komandamız Sloveniyanın 3-cü liqa təmsilçisi "Stoynitsa" ilə qarşılaşacaq.