Ölkə futbolu
"İnter" Avstriya və Macarıstan klubları ilə nə vaxt üz-üzə gələcək?
Məlum olduğu kimi, hazırda “İnter” Avstriyanın Lutzma…
Məlum olduğu kimi, hazırda “İnter” Avstriyanın Lutzmannsburq qəsəbəsində təlim-məşq toplanışı keçirir. Futbolinfo.az xəbər verir ki, "bankirlər" toplanış çərçivəsində 5 yoxlama görüş keçirəcək.
Komanda ilk matçı iyunun 16-da keçirəcək. Növbəti görüşlər isə iyunun 19, 23, 25 və 27-də baş tutacaq.
Qeyd edək ki, artıq "İnter"in iki rəqibi bilindi. Belə ki, komandamız ayın 19-da yerli "Şturm" klubuyla üz-üzə gələcək, ayın 23-də isə Kaxaber Sxadadzenin yetirmələri Macarıstanın "Sombathey Haladaş" komandası ilə qarşılaşacaq.
Əlavə edək ki, digər rəqiblərin adları yaxın zamanda müəyyənləşəcək. (klub saytı)