Ölkə futbolu
Van Qal: “İspaniyanın taktikasını oxudum”
Hollandiya millisinin baş məşqçisi Lui van Qal DÇ-201…
Hollandiya millisinin baş məşqçisi Lui van Qal DÇ-2014-də İspaniya ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı İspaniyanın taktiaksını oxuduğunu bildrib:
“Onların hücumlar təşkil edəcəyi və bizim də qol vurmaq şansımızın yaranacağını bilirdim. Ancaq bu qədərini gözləmirdim. Müdafiədə etibarlı oynamaqla rəqibin işini çətinləşdirdik. Qapımıza təyin olunan penaltinin haqlı olduğuna əmin deyiləm. Ancaq biz hücumlar təşkil etdik və lazımi qolları vurduq. Komandada Robben, Sneyder və van Persi kimi futbolçular varsa, arxayın ola bilərsən ki, qol vurulacaq. Bununla belə, biz eyforiyaya qapılmamalıyıq. Robben artıq bu barədə paltardəyişmə otağında demişdi. Məşqçilər heyəti də buna imkan verməməyə çalışacaqlar. Ümumiyyətlə komandada bunun öhdəsindən gələ biləcək kifayət qədər futbolçu var".
Hələ ki, Hollandiya mundialın ən çox qol vuran komandasıdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…