Müsahibə
Muntyanu: "Bunlar vacib amillərdi"
"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanu …
"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanu təyinatı ilə bağlı ilkin təəssüratlarını klub saytı ilə bölüşüb. Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis yeni komandasında uğur qazanmaq üçün əllərindən gələn hər şeyi edəcəklərini deyib. Baş məşqçi köməkçiləri barədə də məlumat verib:
– Qarşısına böyük məqsədlər qoyan bir klubdan dəvət almaq çox xoşdu. Məqsədə nail olmaq üçün işə uğurlu başlamaq önəmli şərtdi. Başlanğıc necə olursa, sonra elə də davam edir. Özümə və komandama uğurlu mövsüm arzulayıram. Bu isə o deməkdi ki, nəticəmiz ötən mövsümdən yaxşı olsun. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik.
– Qısa müddət sonra "Qəbələ"ni Avropa Liqasında çətin sınaq gözləyir…
– Avropa Liqasına az vaxt qalması böyük problem deyil. Önümüzdəki 2 həftə yarım zaman kəsiyi hazırlaşmağa kifayət edəcək. Vacib olan heyəti formalaşdırmaq, rəqabət qabiliyyətli komanda yaratmaqdı.
– Yəqin ki, komanda üçün yaradılan şərait barədə məlumatlısız…
– Buradakı hazırlıq şəraiti çox yaxşıdı. Əldə etdiyim məlumata görə Qəbələdəki şərait də yüksək səviyyədədi. Rəhbərlik də həmişə komandaya yaxından dəstək olur. Bunlar vacib amillərdi.
– Son olaraq məşqçilər korpusu barədə…
– Köməkçilərim qısa müddətdə kollektivə qoşulacaq. Onlar gələn kimi işə başlayacağıq. Fiziki hazırlıq üzrə bizə alman məşqçi Ruben Hornberger kömək edəcək. Bundan əlavə Moldovadan analist-məşqçi Andey Martin və Rumıniyadan məşqçi Katalin Çorman komandamda olacaq. Təbii ki, yerli köməkçi məşqçi Sənan Qurbanov və qapıçı məşqçisi Dmitri Kramarenko ilə də çalışmaqdan məmnunam.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq