Dünya futbolu
Droqba “Yuventus”la anlaşdı
"Qalatasaray"la müqavilə müddəti bitən Didye Dr…
"Qalatasaray"la müqavilə müddəti bitən Didye Droqba "Yuventus"la anlaşıb. Futbolinfo.az xəbər verir ki, Kot d'İvuarlı oyunçu italyanlarla 2 illik müqavilə bağlayıb.
Türkiyə mətbuatına inansaq, Droqba İtaliya çempionunun heyətində oyunçu-məşqçi kimi oynayacaq. 36 yaşlı futbolçunun dünya çempionatının ardından rəsmi olaraq müqaviləni imzalayacağı bildirilir.
Droqba yeni klubunda illik 4,5 milyon avro qazanacaq. Lakin, Didyenin alacaqlarının DÇ-2014-dəki çıxışından asılı olaraq da dəyişə biləcəyi gözlənilir.