Ölkə futbolu
Cavid İmamverdiyev: "Klubum nə məsləhət bilsə, elə də olacaq"
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İ…
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
“Bir neçə gün əvvəl “Neftçi” klubu mənimlə müqavilə yenilədi. Hazırda Boluda komandamla birlikdə yeni mövsümə hazırlaşırıq. Lakin mənim Türkiyənin “Ankaraspor” komandasına keçmək variantım da var. Bilirəm ki, iki klub arasında keçidimlə bağlı danışıqlar davam edir. Bu məsələ haqda çox danışmaq istəmirəm. Müqavilə ilə “Neftçi”yə məxsusam və klubum nə məsləhət bilsə, elə də olacaq”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı