Bizi izləyin

Müsahibə

"İnter"in yeni transferi: "Qarşımızda konkret məqsəd dayanır"

“İnter”in yeni transferlərindən biri də müdafiə&…

blank
“İnter”in yeni transferlərindən biri də müdafiəçi Məhəmməd Mirzəbəyov oldu. Futbolinfo.az xəbər verir ki, klub saytına müsahibəsində gənc futbolçu bu komandaya keçidindən danışıb, uyğunlaşma prosesindən bəhs edib və digər suallara cavab verib.
 
– Artıq üç həftədi “İnter”in sərəncamındasız. Yeni komanda barədə fikirlərinizi bizimlə paylaşmağınızı xahiş edirik.
– Emosiyalar çox müsbətdi. Komandanın belə mehriban olması xoşuma gəldi. Səmimi deyirəm ki, müxtəlif millət və mədəniyyət nümayəndələrinin belə möhkəm kollektiv yaratmalarını gözləmirdim. Komandaya asanlıqla qaynayıb qarışdım. Kollektivə uyğunlaşma prosesi hər hansı bir problem yaratmadı.
 
– Bəs “İnter”ə keçmək barədə təklifi necə qarşıladız?
– Təklifi çox yaxşı qarşıladım, axı “İnter” neçə illərdi avrokuboklarda oynayır və yalnız yüksək yerlər uğrunda mübarizə aparır. Mən müsbət cavab verdim. Etiraf edim ki, klub haqqında, onun baş məşqçisi Kaxaber Sxadadze barədə digər futbolçulardan maraqlandım və hamısı müsbət fikirlər söylədilər. Mənə çox xoşdu ki, belə ambisiyalı komanda mənimlə maraqlandı.
 
– “Sumqayıt”da çıxış etməzdən öncə “Anji” klubunda oynayırdız. Karyeranızın bu mərhələsi barədə bizə məlumat verməyinizi xahiş edirik…
– Mən “Anji”nin əsas heyətində ancaq bir dəfə meydana çıxmışam. Bu hadisə Rusiya Kubokunun oyunlarından birində olmuşdu. Həmin matçda Roberto Karlosu əvəz etmişdim. Bundan başqa, Rusiya çempionatının 7 matçında sifariş vərəqəsinə düşmüşdüm, ancaq ehtiyat oyunçular skamyasında qalmışdım. Buna baxmayaraq bu kluba çox minnətdaram və xüsusilə də Hacı Hacıyevə təşəkkür edirəm. Etiraf edim ki, əvvəllər cinah yarımmüdafiəçisi mövqeyində oynayırdım, ancaq cinah müdafiəsində çıxış etməmişəm. Hacı Hacıyev məni bu mövqedə gördü və məni məhz bu yerə görə əsas heyətə cəlb edirdi.
 
– Maraqlıdı, bəs “Sumqayıt”ın funksionerləri sizi necə tapdılar və Azərbaycana necə gəldiz?
– “Anji”nin əvəzedici heyətinin tərkibində “Amkar” klubunun ehtiyat komandasına qarşı oyunda iştirak edirdim. Bu qarşılaşmanı “Sumqayıt”ın prezidenti Kamran Quliyev və komandanın o dövrdəki baş məşqçisi Bernard Raab da izləyirdilər. Yeri gəlmişkən, həmin matçda hücumçu mövqeyində çıxış edirdim. Bir sözlə, həmin oyunda mənə diqqət yetirdilər. Xatırlayıram ki, daha bir oyunçu da onların xoşuna gəlmişdi. Artıq növbəti il icarə əsasında “Sumqayıt”a gəldim. Etiraf edim ki, sumqayıtlıların heyətində meydana çıxdığım ilk matçda əsas və əvəzedici komandalardakı oyunlar arasında böyük fərqin olduğunu hiss etdim. O zaman əvəzedici komandada matçlar əsas heyətə aparan yolda yalnız öz rolunu oynayan uşaq-gənclər səviyyəsindəki qarşılaşmalar kimi görünürdü. O zaman mənə məhz bu lazım idi. Bilirsiz, mən hesab edirəm ki, hər bir gənc futbolçunun öz şansını almaq haqqı var. Təəssüf ki, “Anji”də bunu görmədim. O vaxt mənə böyük futbola, bu böyük sürətə və kişi mübarizəsinə keçiş lazım idi. Amma təəssüf ki, mənə oyun praktikası imkanını vermədilər. Onu məhz “Sumqayıt”da aldım.
 
– Bəs necə oldu ki, sizi hücumçu kimi nəzərdən keçirdilər, sonra sağ kənar müdafiəçis mövqeyində oynamağa başladız?
– Öncə məhz kənar hücumçu və ya yarımmüdafiəçi mövqelərində oynadım və hətta müdafiəçi olmağı düşünmürdüm. Ancaq komandamızda bu mövqedə oynayan bir çox yaxşı futbolçular vardı. Ruslan Qurbanov, Orxan Əliyev və Uğur Pamuk özlərini yaxşı tərəfdən göstərirdilər və matçların çox hissəsini ehtiyatda keçirməli olurdum. Bir qədər sonra sağ müdafiəçimiz zədə aldı və onun mövqeyi mənə etibar olundu. Baş məşqçi dedi ki, mənə şans verir və bu mövqedə “Kəpəz”ə qarşı oyunda meydana çıxdım. Həmin oyun 0:0 hesabıyla başa çatdı, mənim oyunum Raabın xoşuna gəldi və artıq növbəti oyunda yenidən sağ müdafiəçi mövqeyində mübarizəyə qatıldım. Səmimi deyim ki, yenidən əsas heyətdə görünəcəyimi gözləmirdim. O vaxtdan sistematik olaraq sağ cinah müdafiəsinin oyunçusu rolunda oynamağa başladım.
 
– “İnter”də əsas heyətdə yer uğrunda sərt rəqabət var, eyni zamanda sizin mövqeyinizə bir neçə namizəd var. Özünüzü əsas heyətə düşmək uğrunda mübarizəyə hazır hiss edirsizmi?
– Bəli, burada sağ müdafiəçi mövqeyində yaxşı oyun nümayiş etdirən təcrübəli Arif Daşdəmirov və perspektivli Abbas Hüseynov da var. Anlayıram ki, əsas heyətdə yer uğrunda mübarizə olacaq, ancaq hər şeyi baş məşqçi həll edir və məhz o, start heyətini müəyyənləşdirir. Özümü göstərməyə çalışacağam və baş məşqçinin diqqətini çəkməyə cəhd göstərəcəm. Məndən tələb edilənləri yerinə yetirməyə çalışacağam. Rəqabət hər yerdə var və böyük faydaları əhatə edir, axı əsas heyətə düşmək üçün həmişə səni yaxşı səviyyədə qalmağa məcbur edir. Biz əsas heyətdə sözdə rəqiblərik, axı hamımız klubun rifahı uğrunda çalışırıq. Arif Daşdəmirov artıq neçə ildi “İnter”də çıxış edir. O, artıq ilk günlərdən mənə kömək edir və məsləhət verir.
 
– Yeri gəlmişkən, Avstriyada keçən toplanışda Arif Daşdəmirovla eyni otaqda qalırsız. Çox güman bu da sizin “İnter”dəki karyeranızın ilk mərhələsində uyğunlaşmaq baxımından daha bir üstünlükdü…
– Bəli, qeyd etdiyim kimi, Arif mənə çox kömək edir. Türkiyədəki toplanışın ilk günlərində o, mənə uyğunlaşmağa kömək etdi. Təkcə mənə yox, Abbas Hüseynova da kömək edirdi. Həqiqi əməkdaşlıq da məhz bundadı. Arif artıq uzun müddətdi Azərbaycan Çempionatında iştirak edir və onun təcrübəsi gənc oyunçular üçün çox faydalıdı.
 
– Artıq Avstriyada ikinci toplanış gedir. Komanda kifayət qədər insensiv refimdə məşq edir. Belə yükləmələrin öhdəsindən gələ bilirsiz?
– Zaman keçdikcə buna öyrəşirsən. Məşqçi konkret tapşırıqların yerinə yetirilməsini tələb edir və sən də həmin tapşırıqların öhdəsindən var gücünlə gəlməyə çalışırsan. Onun sözləri ilk növbədə bizim üçün vacibdi. Bütün oyunçular güclənməli və bu inkişafa yalnız öz üzərində işləmək kömək edə bilər.
 
– Sizi ilk dəfə olaraq avrokuboklarda iştirak gözləyir. Sizin fikrinizcə, “İnter”dən Avropa Liqasından nə gözləmək lazımdı?
– Komandanın daha çox mərhələ keçməsini çox istəyirəm və biz bunun üçün lazım olanları etməliyik. Hazırda Avropa Liqasına hazırlıq gedir və bütün uşaqlar zəruri konsentrasiyayla çalışırlar. Qarşımızda konkret məqsəd dayanır və biz həmin məqsədə çatmalıyıq. İnşallah, daha uğurla çıxış edərik.
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:33

“Neftçi” “Qarabağ”a qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm