Ölkə futbolu
Kərimi: "Mən bu vətənin futbolçusu deyiləm?"
Türkyənin "Fəthiyəspor" klubunda futbolçu kar…
Türkyənin "Fəthiyəspor" klubunda futbolçu karyerasını başa vurduqdan sonra Azərbaycana qayıdan Davud Kərimi hələ də özünə yeni klub tapmayıb. Futbolinfo.az xəbər verir ki, qapıçın karyerası sual altındadı. Bu barədə əlcək sahibin özü saytımıza açıqlamasında bildirib:
"Hələlik, vaxtımı ailəmlə keçiriəm. Boş qalmayım deyə, arada uşaqlarla futbol oynayıram. Gələcək karyeram isə sual altındadı. Ola bilsin ki, bu yaşda futbolu da atım. Türkiyədə olan menecerlər hələ ki, mənə gözləməyimi məsləhət görür. Mən də ailəli adamam. Dolanmaq lazımdı. Bizim futbolumuz üçün yox kimiyik. Mən bu vətənin futbolçusu deyiləm? Hələ ki, gözləyirəm. Görək də nə olacaq. Ya futbolu atacam, ya da yenidən Türkiyəyə qayıdacam".
Qeyd edək ki, Davud Kərimi "Fəthiyəspor" PTT 1-ci Liqanı tərk etdikdən sonra, türk klubu ilə yollarını ayırmışdı.