Dünya futbolu
“Torino” Yuriçlə vidalaşır
“Torino” baş məşqçisini dəyişəcək. A Seriyası klubu İvan Yuriçlə yolları ayırmağı qərara alıb.
Futbolinfo.az xəbər verir ki, turinlilər komandaya yeni nəfəs gətirmək niyyətindədir. Bu səbəbdən təcrübəli çalışdırıcı ilə müzakirələrdən sonra vidalaşmaq barədə ortaq qərar verilib. Mövsüm bitən kimi “Torino” yeni məşqçi ilə anlaşacaq.
2021-ci ildən bu vəzifəni tutan Yuriçin müqaviləsi bu yay başa çatır. 48 yaşlı mütəxəssis komandanın hədəflərinin böyüməsi, maliyyə şərtlərinin yaxşılaşdırılması ilə bağlı rəhbərliklə razılığa gələ bilməyib.
Xatırladaq ki, Yuriç 10 ildir məşqçi işləyir. O daim A Seriyası komandalarında iş başında olub.
- Premyer-liqa2024-04-28 21:55
“Sumqayıt” “Qarabağ”a qalib gəldi
- Premyer-liqa2024-04-28 19:37
“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi
- Ölkə futbolu2024-04-27 23:05
Samir Abasov Xavi ilə görüşdü
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi