Ölkə futbolu
Aleksandr Amisulaşvili: "Köməyimi əsirgəməyəcəm"
Məlum olduğu kimi, "İnter" gürcüstanlı futbol&…
Məlum olduğu kimi, "İnter" gürcüstanlı futbolçu Aleksnadr Amisulaşvili ilə güclənib. Futbolinfo.az xəbər verir ki, ötən gün paytaxt klubu futbolçu ilə 1 illik müqavilə bağlayıb.
"İnter"in prezidenti Georgi Nikolov futbolçuya yeni komandada uğurlar arzulayıb. Oyunçu isə "İnter"ə keçidi haqqında bunu deyib:
"Sevinirəm ki, bu komandaya keçdim. "İnter"in sıralarına qoşulduğum ilk gündən hər şey xoşuma gəldi. Komandanın çox mehriban kollektivi var. Çox istərdim ki, avrokuboklarda və ölkə çempionatında yaxşı çıxış edək. Yeni komandama uğur qazanmaq üçün öz köməyimi əsirgəmiyəcəm".
Qeyd edək ki, Aleksandr Amisulaşvili "İnter"də 5 nömrəli formanı geyinəcək.