Müsahibə
Vüqar Əsgərov: "Türkiyə klubuna keçmək istəmədim"
"Araz Naxçıvan"ın yeni transferi Vüqar Əsgər…
"Araz Naxçıvan"ın yeni transferi Vüqar Əsgərovun futbolinfo.az saytına müsahibəsi
– "Araz Naxçıvan"a keçidin haqda nə deyə bilərsən?
– Sevinirəm ki, yenidən vətənə qayıtdım. Əsgər müəllimə ("Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayevi nəzərdə tutur – red.) təşəkkür edirəm ki, məni unutmadı və dəvət göndərdi.
– "Sumqayıt"dan getdikdən sonra nə işlə məşğul olurdun?
– Əlbəttə məşq edirdim. "Sumqayıt"dan sonra AZAL-a keçdim, amma zədə aldığımdan bu məsələ alınmadı. Latviya "Metallurq"unda formada qalmaq üçün məşqlər edirdim. Mən Latviyada olarkən Türkiyə PTT 1-ci liqasından dəvət var idi. Amma ora getmədim və "Metallurq"da qaldım.
– Təklif göndərən hansı klub idi?
– Mənə zəng edib dedilər ki, Türkiyə klubu səni istəyir. Ancaq mən vətənimə dönmək istəyirdim. Bu səbəbdən də qəbul etmədim.
– Necə düşünürsən, "Araz Naxçıvan" sənə nə verə bilər?
– Mən burada özümü göstərib milliyə qayıtmaq istəyirəm. İnşallah, hər şey yaxşı olacaq.
– 29 yaşın var…
– Bəli, hələ gəncəm..
– 29 yaşlı gənc karyerasına nə vaxt son verməyi düşünür?
– Bu, tezliklə olmayacaq. Hələ ki, ayaqlarım qaçır və futbol oynayacam.
– "Araz Naxçıvan" da "Sumqayıt" kimi yalnız yerli futbolçularla heyətini gecləndirir. Necə düşünürsən, yaxşı nəticə qazanmaq olacaq?
– İnşallah, buna inanmaq lazımdı. İnanıram ki, bizdə hər şey yaxşı alınacaq.
RÖVŞƏN ƏHLİMANOĞLU
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib