Dünya futbolu
Suares: “Vurduğum qolları ailəmə həsr edirəm”
Uruqvay millisinin hücumçusu Luis Suares DÇ-2014-d?…
Uruqvay millisinin hücumçusu Luis Suares DÇ-2014-də İngiltərə ilə keçirdikləri oyun (2:1) haqda fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, vurduğu 2 qolla görüşün qəhrəmanı olan forvard bunları dilə gətirib:
“Bu oyunda meydana çıxmağı və qələbə qazanmağı hər zaman arzulayırdım. Şadam ki, Kosta Rika uğursuzluğundan sonra qələbə qazanmağı bacardıq. Vurduğum qolları ailəmə həsr edirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Hamı mənə inanırdı. Bu da tezliklə meydana qayıtmağıma kömək oldu”.