Dünya futbolu
Pepe və Pereyranın cəzası açıqlandı
FİFA Portuqaliya millisinin futbolçusu Pepeyə bir oyunluq cə…
FİFA Portuqaliya millisinin futbolçusu Pepeyə bir oyunluq cəza verib. Futbolinfo.az xəbər verir ki, DÇ-2014-də 31 yaşlı oyunçu Almaniya ilə matçda birbaşa qırmızı vərəqə aldığı üçün buna layiq görülüb.
Tomas Müllerə qarşı kobud hərəkət edən stopper eyni zamanda 9860 funt sterlinq də cərimələnib. O, ABŞ-la qarşılaşmanı buraxmalı olacaq.
Yeri gəlmişkən, Kosta Rika ilə oyunda qırmızı vərəqə alan Uruqvay yığmasının müdafiəçisi Maksi Pereyra da 1 oyunluq cəza alıb.