Ölkə futbolu
“Öz taleyimizi özümüz həll etməli idik”
İngiltərə millisinin futbolçusu Stiven Cerrard Uruqvaya 1:2 …
İngiltərə millisinin futbolçusu Stiven Cerrard Uruqvaya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, rəqibi Luis Suaresin təkbaşına daşıdığını bildirib:
“Luis yaxşı hücumçudu. Ona qol vurmağa imkan verməməliydik. Hesabı bərabərləşdirdikdən sonra çox pis oynadıq. Bəlkə də 1:1 hesabını qorumağa çalışmalıydıq. Daha ağıllı və yaxşı oyun nümayiş etdirməliydik. Bir xalımızın belə olmaması məni çox üzür. Oynadığımız futbol pis deyildi, ancaq istədiyimiz nəticələri əldə edə bilmədik. Məğlubedilməz komanda olmalı idik. Ancaq hər iki matçda uduzmağımız məni çox məyus etdi. Qrupdan çıxmağımız üçün İtaliya Kosta-Rika və Uruvaya qalib gəlməlidi. Ancaq biz bu turnirə bunun üçün gəlməmişdik. Öz taleyimizi özümüz həll etməli idik. Bu durumda olmağımızı qəbul etmək çox çətindir".
Qeyd edək ki, Suares və Cerrard “Liverpul”da birgə çıxış edir.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib