Ölkə futbolu
"Qəbələ" qələbə ilə dönür
"Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarə…
"Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan təlim-məşq toplanışını yekunlaşdırıb. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" hazırlıq çərçivəsində adıçəkilən ölkədə 3 yoxlama oyunu keçirib.
İlk görüşdə "Minsk-2014" kollektivinə 3:0 hesabilə qalib gələn "Qəbələ" ikinci oyunda BATE Borisova məğlub olub – 2:3. Komandamızın heyətində Xəyal Səmədov dubla imza atıb. Son matçda "qırmızı-qaralar" "Fortuna" ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibə heç bir şans verməyən "Qəbələ" 4:0 hesabilə qalib gəlib. Təmsilçimizə qələbə qazandıran qollar Kənan Qaragözov (2) və Rəşad Əmrahovun (2) aktivinə yazılıb.
"Qəbələ"nin 11 yaşlıları sabah vətənə dönəcək. (klub saytı)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq